Wialon GPS monitorinq sistemi

Nəqliyyat vasitələrinin yerdəyişməsinə, yanacağın həcminə, nəqliyyatın texniki vəziyyətinə nəzarət, kompüter vasitəsi ilə təyin olunmuş və icra olunmuş tapşırıqların optimallaşdırması – bu kimi innovativ imkanları bu gün istənilən şəxs özü üçün yarada bilər. Dünya üzrə 100-dən artıq şirkət Wialon-platformalı serverləri effektiv və səmərəli istifadə etməkdədir. Gurtam şirkətinin Bakı şəhərində rəsmi nümayəndəsi GPS Solutions şirkətidir.

Wialon – GPS/GLONASS monitorinq sistemi

Geniş istifadəçi funksionalına malik olan platforma müəssisənin fəaliyyətini optimallaşdırmaq, avtomobil, sürücü və daşınan yüklərin təhlükəsizliyini təmin etmək, texnikanın xidmətinə sərf olunan xərcləri azaltmağa imkan verir. Sistem stabil işləmə, yüksək effektivlik və asan miqyaslama ilə fərqlənir.

Cəmi bir serverin vasitəsi ilə planetin istənilən nöqtəsində yerləşən 10000-dək texnikaya nəzarət etmək kifayətdir. Wialon PRO və Local Linux-əsaslı istənilən serverə uyğunlaşır. İstifadəçilərə texniki dəstək pulsuz təmin olunur.

Менеджер оператор компании GPS.AZ работает за компьютером в Система GPS мониторинга Wialon

https://gps.az

Wialon peyk monitorinq sisteminin Bakı şəhərində tətbiqi

Biznesinizdə nəqliyyata nəzarət və peyk monitorinq sistemini tətbiq etmək üçün GPS Solutions şirkətinin xidmətlərindən istifadə edin.  

Müştəriyə imkan yaradılır:

  • yer kürəsinin istənilən nöqtəsində NV-nin hərəkətini müşahidə etmək;
  • nəqliyyatın texniki xidmətinə sərf olunan xərcləri planlaşdırmaq və idarə etmək;
  • texniki parametrləri izləmək: sürət, yanacaq səviyyəsi, temperatur və s.;
  • sürücülük tərzini təhlil etmək, yol hərəkəti qaydalarının pozulmasını müşahidə etmək;
  • komandaların alınmasına və tapşırıqların icra olunmasına nəzarət etmək;
  • izlənilən məlumatı rahat formatda əldə etmək (qrafiklər, cədvəllər);
  • əldə edilmiş məlumatı fayllara köçürmək və saxlamaq.

Həmçinin:

  • yanacaqdan çəkmələri aşkar etmək;
  • yürüşü azaltmaq;
  • NV-nin dövriyyəsini artırmaq;
  • NV-nin boş dayanmasını və şəxsi məqsədlə istifadəsini izləmək;
  • texniki xidmət xərclərinə qənaət etmək.

Wialon GPS üstünlükləri

  • Sadə interfeys.
  • İnternetə qoşulmuş istənilən qurğudan daxil olmaq imkanı.
  • 1000-dən artıq dəstəklənən avadanlıq.
  • Müştərinin ehtiyaclarını nəzərə alaraq, servis xidmətinin keyfiyyətinin təkmilləşdirməsi.

Wialon Hosting. Peyk monitorinqi

Kompüterə proqram təminatının yazılmasını tələb etməyən bulud monitorinq platformasıdır. NV-i və insanların peyk ilə monitorinqinin maksimal sadə formatıdır, fərqli xüsusiyyəti isə – fərdi server quraşdırmadan şəxsi saytınızdan işləmək imkanı.

Bulud həlli müştəriyə serverin alınmasına, quraşdırılmasına və texniki xidmətinə, eləcə də proqram təminatına sərf olunacaq xərcləri azaltmaq, eyni zamanda, nəqliyyat parkına nəzarət üçün sistemin bütün funksionalını əldə etmək imkanı verir.

Wialon Azerbaijan GPS

Wialon müxtəlif tipli biznesin optimallaşdırması üçün uyğundur, o cümlədən:

  • Sərnişin daşımaları;
  • Yük daşımaları;
  • Kənd təsərrüfatı;
  • Sənaye obyektləri.

GPS Solutions şirkəti bütöv xidmətlər paketi təklif edir:

  • Proqram təminatının yazılması və sazlanması.
  • Biznesə inteqrasiya.
  • İşçi heyətinə təlimat.
  • Texniki dəstək və müşayiət.

Aylıq abunə haqqı xidmət göstərilən nəqliyyat vasitələrinin sayından və nəzarət üçün seçilmiş opsiyalardan asılıdır. Bu rahat, müyəssər və sərfəlidir. Azərbaycan sahibkarları yalnız şəxsi bizneslərinin inkişafı ilə məşğul olur, GPS monitorinq sisteminin sazlanmasını və servis xidmətini isə biz öz üzərimizə götürürük.