Vakansiyalar

GPS.AZ şirkəti – hərəkətdə olan obyektlərin monitorinqi sahəsində ən yaxşı avadanlığı və ən yaxşı xidmət təklif etməyə çalışan həmfikirlər qrupudur. Şirkətimiz avtonəqliyyata peyk monitorinq vasitəsilə nəzarəti təmin edən xidmətlər üzrə ixtisaslaşmışdır. Əsas fəaliyyət sahələri: peyk monitorinqi üçün sistemlərin və komponentlərin quraşdırılması, sazlanması və onlara xidmət göstərilməsidir.

Hal-hazırda bizdə aşağıdakı vakansiyalar mövcuddur:

Avtomobillərə əlavə avadanlığın quraşdırılması üzrə mütəxəssis

Tələblər:

  • 25 yaşdan yuxarı kişi
  • Orta ixtisas/ali təhsil
  • Bu sahədə ən azı 3 il iş təcrübəsi
  • Şəxsi avtomobilin olması (benzin xərci ödənilir)
  • Dəqiqlik, ünsiyyət bacarığı, texniki savad, çalışqanlıq, məsuliyyət
  • B kateqoriyalı sürücülük vəsiqəsi

Vəzifəsi:

  • Minik və yük avtomobillərinə peyk monitorinqi sistem elementlərinin quraşdırılması, işləməsinə və texniki vəziyyətinə nəzarət.

İş şərtləri:

  • Tam iş günü
  • Mobil rabitə haqqının ödənilməsi

Özünüz haqqında məlumatı və fotoşəkili [email protected] ünvanına göndərin.