ŞİRKƏT HAQQINDA

2013-cü ildə başlayan fəaliyyəti ərzində özünü etibarlı tərəfdaş və geniş spektrli xidmətlərin təchizatçısı kimi tanıtmış şirkətimiz Azərbaycanın dinamik surətdə inkişaf edən informasiya texnologiyaları sektorunda Nəqliyyatın İntellektual GPS Nəzarət sistemlərin inteqrasiyası, avadanlıq və proqram təminatının təchizatı və quraşdırılması üzrə xidmətlər göstərir.

“GPS Solutions” komandasının başlıca məqsədi istənilən müştərinin tələbatını maksimal həddə ödəyə biləcək nəqliyyat vasitələrinin yüksək keyfiyyətli monitorinq və nəzarət sisteminin yaradılmasıdır.

Biz bazarı öyrənərək, hər bir alt sistemi üçün ən mükəmməl həlləri götürüb birləşdirmişik və bu gün öz müştərilərimizə hazır, konkret məqsədlər üçün optimallaşdırılmış həllər təklif edirik.

Şirkət daim öz məhsullarını və həllərini təkmilləşdirir, istənilən biznes sahəsində istifadə üçün nəzərdə tutulmüş yeni təkliflər hazırlayır.

“GPS Solutions” şirkətinin işçiləri İT, GIS, M2M, GPS və naviqasiya sistemləri sahəsində yüksək ixtisaslı mütəxəssis və ekspertlərdir.

Şirkət İSO 9001-2008 uyğun olaraq sertifikatlaşdırılmışdır.

2020
GPS.AZ dünya üzrə 1800 Wialon partnyorları arasında qoşulmuş obyekt sayı və dövriyyəyə görə TOP 50-yə seçildi
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərişıq ASC-nin nəqliyyat parkı GPS sisteminə qoşuldu
OBYEKT SAYI 15000
2019
Aparıcı qida və məişət məhsulları distribyutorları ilə əməkdaşlıq
OBYEKT SAYI 12000
2018
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Bakı şəhəri və bölgələr üzrə dövlət və kommersiya bankların ATM şəbəkəsi və nəqliyyat parkı GPS sisteminə qoşuldu
OBYEKT SAYI 10000
2017
IV İslam Həmrəyliyi Oyunları və aparıcı logistika şirkətləri ilə əməkdaşlıq
OBYEKT SAYI 9000
2016
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Avtoparkının və PAŞA Holding-ə daxil olan PMD şirkətlər qrupun nəqliyyat parkı GPS sisteminə qoşuldu
OBYEKT SAYI 7500
2015
İlk Avropa Olimpiya Oyunları və “Azərinşaat“ MMC-nin nəqliyyat parkı GPS sisteminə qoşuldu
OBYEKT SAYI 5000
2014
“Akkord” Şirkətlər Qrupu Korporasiyasının nəqliyyat parkı və texnikaları GPS sisteminə qoşuldu
OBYEKT SAYI 2500
2013
Şirkət fəaliyyətə başladı, GPS sisteminə ilk obyektlər qoşuldu
OBYEKT SAYI 50

Üstünlüklər

Bizimlə işləməyin əsas üstünlükləri:

  • Azərbaycanın ən müfəssəl və ən dəqiq xəritəsi;
  • Monitorinq sistemimiz ilə xərclərin ödənilməsinin ən maksimal müddəti 6 aydır;
  • Biz Avropa istehsalçılarının ən mükəmməl və qabaqcıl avadanlığını quraşdırırıq;
  • Şirkətin bütün əməkdaşları – İT, izləmə və naviqasiya sistemində yüksək ixtisaslı işçilərdir. Onlar müntəzəm olaraq təlim keçir, ixtisaslarını artırır, dünyanın müxtəlif sərgi və konfranslarında iştirak edirlər;
  • Mütəxəssislərimizin konsultasiyalarından sonra siz cəmi 15 dəqiqə ərzində monitorinq proqramını mənimsəyəcəksiniz;
  • Zəruri hallarda şəxsi menecer xidməti təqdim olunur və o, sutka ərzində obyektiv monitorinq apararaq, hesabatlar hazırlayır;
  • Avadanlıqda nasazlıq yarandığı hallarda şirkət sifarişin verildiyi andan 2 saat ərzində problemi həll etməyə zəmanət verir.