Su təchizatı sisteminin monitorinqi

 

Sistem əhali tərəfindən dispetçer mərkəzinə daxil olan müraciətləri gözləmədən, nəzarət olan zonalarda su təchizatının itkisi barədə qəza xidmətinin dispetçerini operativ məlumatlandırır.  

GSM/GPS telematik bloku magistral xəttə qoşulur. Temperatur, xəttdəki təzyiq və blokun yerləşdiyi ərazi haqqında məlumat mobil rabitə şəbəkəsi vasitəsilə məlumat mərkəzinə yönəldilir. 

Su təchizatının itkisini qeydə almış sistem operativ olaraq dispetçeri həyəcan siqnalının ünvanı və qəzanın nə vaxt baş verdiyi barədə xəbərdar edir.

Dispetçer siqnalın ərazisini rəqəmsal xəritədə müşahidə edir və lazımi halda bu məlumatı qəza xidməti briqadasının GPS naviqatoruna və ya mobil telefonuna göndərir.

 

Nəqliyyatın monitorinq sistemi ilə inteqrasiya olması qəza xidmətinin hadisə yerində olub-olmaması, qeydə alınmış həyəcan siqnalı və briqadanın qəza baş vermiş əraziyə gəlməsi arasındakı vaxt intervalı və s. dair hesabat almaq imkanı verir.

Su təchizatı sisteminin monitorinqi