(012) 404 12 02 (077) 414 44 00
(012) 404 12 02
(077) 414 44 00

GPS trekerlər

İstifadə etdiyimiz avadanlıq Avropada istehsal olunur və mükəmməl qurma keyfiyyəti, elektrik gərginliyin dəyişməsinə müqaviməti və çevik rominq parametrləri ilə dünyada satış baxımından liderdir.

Əsas funksiyaları:

  • Yerdəyişməyə real-vaxt rejimdə nəzarət
  • Hərəkət tarixinin daxili yaddaşda saxlanması
  • Mühərrikin işə salınıb/söndürülməsinə nəzarət
  • Həyəcan düyməsi quraşdırmaq imkanı
  • Batareya gərginliyinin müəyyənləşdirilməsi
  • Qapının açıq/bağlı olduğunun müəyyənləşdirilməsi

Xüsusi funksiyaları:

GPS STANDARD

  • Xarici qurğu və sensorların qoşulması üçün Bluetooth:
    Hərarət və rütubət sensoru, Hands Free, OBDII ELM 327, Inateck barkod skaneri.
    Universal BLE sensorlarının dəstəklənməsi: hərarət, şinlərdə təzyiq, qapıların açılması, sürücülərin identifikasiyası, simsiz immobilayzer, və s.)
  • Ehtiyat batareyası xarici qidalanma olmadan işləməyə imkan verir
  • Təhlükəsiz sürücülük (sərt əyləc, sürətlənmə və döngənin aşkarlanması), sürət həddinin aşması, GSM siqnalının bloklanması bildirişi, GPS üzrə yanacaq sərfiyyatının hesablanması, boş dayanma bildirişi, ayırma aşkarlanması, nəqliyyat vasitəsinin yedəklənməsi, yol qəzası hallarının aşkarlanması, avtogeozona
  • Akselerometr məlumatlarına əsaslanan qəza aşkarlama funksiyası

GPS PRO

  • GPS Standard modelinin bütün funksiyaları
  • 1-Wire interfeys vasitəsilə RFID, hərarət, sürücülərin identifikasiyası və digər sensorların qoşulması.
  • Yanacağın həqiqi sərfiyyatı və səviyyəsi, odometr üzrə yürüş, temperatur, avtomobilin sürəti (panel üzrə), nəqliyyat vasitəsinin getdiyi məsafə, mühərrik dövriyyəsi (RPM), qaz pedalının vəziyyəti və s.

 

GPS monitorinqi üçün hansı avadanlıq istifadə olunur?
Sadə monitorinq tapşırıqları üçün ən çox istifadə olunan avadanlıq GNSS/GSM terminallarıdır : FMB140, FMB920, FM-Eco4 Light+, FM-Pro4.
GPS monitorinq sisteminin iş prinsipi
Nəqliyyatın monitorinqi sisteminin iş prinsipi GPS/GLONASS peyklərindən istifadə edərək, hərəkət edən obyektləri müşahidə etmək və ölkənin aparıcı data-mərkəzlərində yerləşən şirkətimizin serverlərindəki məlumatları təhlil etməkdir. Peyk izləmə sistemindən alınan məlumat həm onlayn təkif olunur (bu, müştərilərimizə nəqliyyat vasitələrinin yeri barədə hər zaman məlumatlı olmaq imkanı verir), həm də şəxsi hesabdan əldə edilən “Səyahət tarixi” bölməsində avtoparkın əvvəlki dövrlər üzrə işinin effektivliyini təhlil etmək imkanı verir.
GPS/GSM Terminal FMB920
Sadə və yüksək funksionallı cihaz. Sadə monitorinq tapşırıqları üçün ən çox istifadə olunan avadanlıqdır. Mükəmməl qurma keyfiyyəti, elektrik gərginliyin dəyişməsinə müqaviməti və çevik rominq parametrləri ilə dünya miqyasında tanınır. Analoq yanacaq səviyyəsi, temperatur və s. sensorları dəstəkləyir.
GPS/GSM Terminal FMB140
Mükəmməl monitorinq vasitəsi. Teltonika avadanlığı xəttində ən yaxşı satılan cihaz. Giriş və çıxışların sayı FMB140 modelin ən çətin problemlərin həllində istifadə edilməsinə imkan verir. CAN protokolu dəstəyi avtomobillərin, traktorların və digər xüsusi texnikanın bort kompüterlərini oxumağa imkan verir. Avadanlıq eyni zamnada bir neçə rəqəmsal yanacaq səviyyəsi sensorun qoşulmasını və ya dispetçer ilə yazışmalar üçün xarici ekrana bağlanmanı dəstəkləyir. RS232 və RS485 interfeysləri 11-ə qədər yanacaq səviyyəsi sensoru və ya digər avadanlığın qoşulmasına imkan verir.
Yanacaq səviyyəsi sensoru
Yanacağın həcminə nəzarət ultrasəs impulsu vasitəsilə izlənir. İmpuls cihazdan yanacaq çənindəki mayenin səthinə, əks olunduğu yerdən yanacaq axını sensoruna ötürülür. Yanacağın sərfiyyatı, çənin səthindən dibinə impulsun keçid müddətini təyin edərək və həcmi avtomatik olaraq yenidən hesablayaraq izlənir. Beləliklə, ultrasəs metodu cihazın maye ilə təması olmadan yanacaq sərfiyyatını real-vaxt rejimində idarə edilməsinə imkan verir. Təmassız ultrasəs yanacaq səviyyəsi sensorları, GPS/GLONASS naviqasiya avadanlığının bir hissəsi olaraq və ya müstəqil olaraq ölçülmüş mühitə batmadan maye səviyyəsini ölçmək üçün nəzərdə tutulub.