Nəqliyatın GPS/GLONASS vasitəsilə monitorinqi üçün Top-3 avadanlıq

Müasir texnologiyalar və vasitələr yer kürəsinin istənilən nöqtəsində nəqliyyatı, insanları və digər mobil obyektləri izləməyə imkan verir. Trekinq yerdəyişməyə nəzarət, xərclərin optimallaşdırması və təhlükəsizliyin təmin edilməsi üçün zəruridir. GPS-trekerlər həm biznesdə, həm də şəxsi məqsəd üçün istifadə olunur. Nəqliyyat vasitəsinin (NV) və ya insanın harada olduğunu bilmək üçün xüsusi avadanlıq və proqram təminatını almaq, və birgə işləməsini tənzimləmək kifayətdir. Lakin, seçim etdikdə hansı avadanlığa üstünlük vermək?

Soft для GPS/Глонасс мониторинга транспорта

https://gps.az

GPS Solutions kontroller və proqram təminatının aparıcı istehsalçılarının Bakı şəhərində rəsmi nümayəndəsidir. Bu, Тeltonika, Ruptela və Wialon şirkətləridir.

Teltonika

Логотип Teltonika. Европейский производитель, специализирующийся на производстве оборудования и ПО для GPS/GLONASS мониторинга транспортных средств.

Nəqliyyatın GPS/GLONASS monitorinqi sahəsində avadanlıq və proqram təminatının hazırlanmasında ixtisaslaşan Avropa istehsalçısıdır. Müxtəlif tipli, o cümlədən, şəxsi monitorinq üçün trekerlər təklif edir. Şirkət 1998-ci ildə təsis olunub.

GPS trekinq-ə başlamaq üçün izləmə cihazını almaq, onu konfiqurasiya etmək və monitorinq sistemini biznesə inteqrasiya etmək kifayətdir. GPS Solutions mütəxəssisləri bütün suallar üzrə konsultasiya etməyə hazırdılar.

Ən çox satılan modellər – Teltonika TMT 250, Teltonika FMB 920 və Teltonika FMB 120. Trekerlər NV-nin  real-vaxt rejimində izlənməsi üçün nəzərdə tutulub, maksimal etibarlı monitorinq üçün innovativ GNSS, GSM və Bluetooth modulları ilə təchiz olunub. Kompakt ölçülü cihazlar daxili batareya ilə təchiz olunub, qoşulma üçün çətin yerlərdə quraşdırılır. SMS-komanda və kompüterdə konfiqurator vasitəsilə sazlanır. TMT 250 kontrolleri suya davamlı korpusda təqdim olunur. 2 SİM-kartlı FMB 120 modeli rominq xidmətində məlumatın mübadiləsi üçün rahat seçimdir.

İdarəetmə və nəzarət müştərinin şəxsi kabinetindən İnternetə qoşulmuş istənilən qurğudan aparılır. Şirkətin kataloqunda, həmçinin, nəqliyyat vasitəsinin 100-dən çox parametrlərini oxuyan universal CAN-adapterlər də təklif olunur. İstehsalçı ölkə – Litva Respublikası.

Ruptela

Логотип Ruptela. Международная компания, которая занимается разработкой ПО и оборудования в области транспортной телематики.

Nəqliyyat telematikası sahəsində proqram təminatı və avadanlığın istehsalı ilə məşğul olan beynəlxalq şirkətdir. Nəqliyyat parklarının idarə edilməsi və monitorinqi üzrə kompleks GPS həllər təklif edir. 2007-ci ildə təsis olunub.

TrustTrack – təcrübəli mütəxəssislər tərəfindən hazırlanmış peyk monitorinq sistemidir. Şirkət, mükəmməl funksionallı proqram təminatı, ona uyğun kontrollerlər və proqram təminatının biznesə inteqrasiyası üçün konfiquratorlar təklif edir. Ruptela API-nin rahat interfeysi veb-tətbiqlər arasında asan, intuitiv mübadiləni təmin edir. Monitorinq-ə başlamaq üçün saytında şəxsi kabinetə daxil olmaq lazımdır.

Platforma, nəqliyyat avtoparkına nəzarət üçün müxtəlif opsiyalar (sürücülərin sürmə tərzi əsasında yanacaq sərfinə qənaət etməyə və təhlükəsizliyi artırmağa kömək edən Ruptela Eco-Drive cihazından başlayaraq minik, yük və kommersiya avtomobilləri üçün universal həllərədək)  təklif edir. Ruptela FM-Eco 4 üçün təlimat sənədində şirkət tərəfindən kompakt ölçülü, istismarda asan olan və qiymətdə baha olmayan izləmə cihazların təklif olduğunu görmək olar. Monitorinq real-vaxt rejimində aparılır. Zərbəyə və suya davamlı korpus ilə təchiz olunmuş, müxtəlif interfeys dəstəkləyən modellər seçilə bilər. Əlavə olaraq, kart oxuyucuları, həyəcan düymələri, EasyWires, qapı, hərarət, yanacaq səviyyəsi sensorları və digər aksessuarları sifariş etmək olar.  

Wialon

Wialon platforması – Gurtam şirkəti tərəfindən nəqliyyat parkının peyk monitorinqi üçün hazırlanan rahat və funksional həlldir. Sistem 1000-dən artıq cihazları, o cümlədən, Teltonika və Ruptela istehsalı olan kontrollerləri dəstəkləyir. Şirkət, müştərilərinə tələb və imkanlarından asılı olaraq proqram təminatının müxtəlif istifadəsi yollarını təqdim edir.

PRO sistemi nəqliyyatın 3-cü şəxslərin müdaxiləsi olmada tam nəzarət edilməsini təmin edir. Local sistemi  vasitəsi ilə nəqliyyat parkına şəxsi serverdən nəzarət edilməsinə şərait yaradılır. Qənaət baxımından sərfəli, və eyni zamanda, funksionalda itirməmək şərtilə seçimə üstünlük verən müştərilərə Wialon Hosting bulud platforması təklif olunur. Qeydiyyat və proqramın imkanları barədə daha ətraflı məlumat əldə etmək, Wialon proqram təminatını kompüterə yükləmək üçün rəsmi vebsayta müraciət edilə bilər. Wialon ilə işləməyin bütün üstünlüklərini qiymətləndirməyə Demo versiyə kömək edə bilər. 

Hazırda Wialon proqram təminatı NV-nin izlənməsini və nəzarət edilməsini təmin edən və bu məqsədlə çoxsaylı imkanlar təklif edən ən iri platformadı. Məhz buna görə biz Wialon sistemini seçib, müştərilərimizin bizneslərində tətbiq edilməsini təklif edirik. Azərbaycanda digər şirkətlərin təqdim etdiyi xidmətlərdən istifadə oluna bilər, misal üçün, Globtel və GeoTek. Lakin, bu şirkətlərin təklif etdiyi sistem çeviklik və funksionallıq baxımından daha az üstünlüklərə malikdir. Yalnız GPS Solutions şirkəti Gurtam, Teltonika və Ruptela brendlərinin rəsmi distribyutoru olaraq, maksimal sərfəli və çevik əməkdaşlıq şərtlərini təklif edir.