Universal yaxınlaşma datçiki

Ultrasəs yaxınlaşma datçiki obyektlərədək məsafələrin dəqiq ölçülməsi üçün nəzərdə tutulmuşdur.

Aqreqatların vəziyyətinə, qazma dərinliyinə, bunkerlərdə səviyyəyə və digər məsafələrə nəzarət üçün tətbiq edilə bilər.

İnduktiv yaxınlaşma datçiki iş zonasında metalın mövcudluğunu müəyyən edir.

Yol yığışdıran texnikanın qum dağıdıcısının işinə nəzarət üçün istifadə olunur (datçikin yanından keçən və qum-duz qarışığını boşaldan kürəkləri müəyyən edir).