Keçirilmiş sınaqlar göstərmişdir ki, şinin təzyiqi normadan 15% aşağı olduğu halda bu yanacağın istehlakının artmasına gətirir və əlavə olaraq, şinin xidmət müddətini azaldır.
Təklif edilən həllin ikili təsiri var: birincisi, yanacaq və pula qənaət edir, ikincisi – şinin istismar müddətini uzadır (və, yenə də, pula qənaət edir).
Bu sensorlardan istifadənin nəticəsi:
– yanacağa qənaət – 15%-dək (boşalmış təkər müqavimətin artmasına, nəticədə isə, yanacaq sərfinin səviyyəsinin yüksəlməsinə gətirir);
– şinlərin xidmət müddətinin artması – 30%-dək (10% boşalmış şinlərin xidmət dövrü 3 dəfə azdır);
– sistem, həmçinin, şinin partlama ehtimalı haqqında xəbərdarlıq edir və alışmanın qarşısını alır.
Sadalananlardan əlavə, şin datçikləri avtomobilin çəkisinə nəzarət və onun yüklənmə dərəcəsinə nəzarət üçün istifadə edilə bilər.