Maye səviyyəsinin ultrasəs datçiki

Yanacaq sərfinin ultrasəs datçikləri iki əsas hissələrdən ibarətdir. Yanacaq sərfini ölçən datçik maye bakının dibində quraşdırılır. Yanacaq sərfinə nəzarətin həyata keçirildiyi elektron cihaz bakdan kənarda yerləşir və içindəki mayenin səviyyəsini göstərir. Yanacaq sərfinə nəzarət ultrasəs impulsun köməyi ilə həyata keçirilir. İmpuls, cihazdan bakdakı maye səthinə ötürülür və buradan əks olunub, yanacaq sərfini ölçən datçikə keçir. Yanacaq sərfinə nəzarət impulsun çənin səthindən dibinədək çatmasının vaxtının müəyyən edilməsi və avtomatik olaraq həcmə çevrilməsi vasitəsilə həyata keçirilir. Beləliklə, USŞ cihazın özünün maye ilə təması olmadan yanacaq sərfinə operativ nəzarəti həyata keçirməyə imkan verir.

Yanacaq səviyyəsinin kontaktsız ultrasəs datçikləri GPS/GLONASS göyərtə naviqasiya avadanlığının tərkibində və ya müstəqil olaraq ölçülən mühitə daxil etməklə maye səviyyəsinin ölçülməsi üçün nəzərdə tutulmuşdur.

Yanğın təhlükəsizliyi və partlayışdan müdafiə tələblərinin xüsusilə aktual olduğu, daha “təhlükəli” texnologiyalardan istifadənin mümkün olmadığı nəqliyyat vasitələrində yanacaq sərfi sistemlərinin tərkibində istifadə olunur.

Hazırda aşağıdakı maddələrin səviyyəsini ölçmək imkanı var:

  • Benzin
  • Dizel yanacağı
  • Maye qaz
  • Spirt
  • Süd
  • Turşular
  • Kerosin
  • Boyalar
  • Həlledicilər və s.

Fərqləndirici xüsusiyyətləri:

  • Yanacaq çənini dəlmədən bərkitmə üsulu;
  • Yanacaqla təmasın olmaması;
  • Məmulatın yüksək yanacaq təhlükəsizliyi və partlayışdan müdafiəsi;
  • Yüksək ölçmə dəqiqliyi;
  • Yanacaq temperaturunun ölçülməsi və datçikin göstəricilərinə düzəlişlərin  edilməsi.

Nümunə: “AKKORD” şirkətində quraşdırılmış sistem