Eco Drive (sürət həddinin aşılması, kəskin sürətlənmə və dayanma, boşdayanma)

«ECO Driving» – sürücünün üslubuna nəzarət sistemidir, istismar xərclərini, YNQ riskini və yanacaq sərfini 20%-dək azaltmağa imkan verir.

«ECO Driving» sisteminin hesabatı avtopark rəhbərinə avtomobili ən aqressiv idarə edən sürücünü aşkar etməyə imkan verir.

Sistem, sürücünün avtomobili nə dərəcədə təhlükəsiz və qənaətli idarə etdiyini göstərir.

“ECO Driving” sistemindən istifadə etməklə şirkətlər yalnız yanacağa deyil, həmçinin, avtomobilin xidmət xərclərində də qənaət edirlər, çünki avtomobili yanlış idarə etmək üslubu avtomobilin daha tez köhnəlməsinə gətirir.

“ECO Driving” sensoru sürət limitini aşdıqda, kəskin sürətləndikdə və dayandıqda və digər hallarda avtomobil kabinasında səs və vizual xəbərdarlığı ötürür.

Pozuntular haqqında daima xəbərdarlıq sürücünün məsuliyyətini artırır və təkrar pozuntuların qarşısını alır.

Nümunə: “AZFEN” şirkətində quraşdırılmış sistem