GPS Monitorinq

  • i65.png
    Nəqliyyatın olduğu ərazi
  • i66.png
    Hərəkət sürəti
  • i67.png
    Keçdiyi məsafə
  • i68.png
    Obyektin iş rejimi
  • i69.png
    Yanacaq sərfiyyatı

GPS.AZ izləmə sistemi ilə siz real vaxt rejimində nəqliyyatın olduğu ərazini, onun sürətini, keçdiyi məsafəni, iş rejimini izləyə və yanacaq sərfinə nəzarət edə bilərsiniz.

Sistemin funksionalı məhdudlaşdırıcı zonaları təyin etmək və onların hüdudlarından kənara çıxma hallarına nəzarət etmək, 30-dan çox göstəricidən (məsafə, motosaat, dayanacaq, gediş, yanacaq sərfi və s. haqqında) ibarət hesabatları almaq və lazımi formata salmağa imkan verir.

Marşrutlara nəzarət sistemləri avtonəqliyyat vasitələrini müəyyən marşruta təhkim etməyə və həmin marşrutdan kənara çıxmalara nəzarət etməyə imkan verir.

Uzaqdan idarəetmə üsulu quraşdırılmış datçiklərin (temperatur, təzyiq və s.) işinə nəzarət etməyə, mühərrikin işini dayandırmağa və s. imkanı verir.

GPS.AZ monitorinq sistemi nəqliyyat vasitələrinin istifadəsinin effektivliyinin artırılmasını təmin edir və aşağıdakı amillər sayəsində şirkətin nəqliyyat xərclərini 15-30%-dək azaltmaq imkanı verir:

  • yanacaq oğurluğunun (boşaldılmasının) qarşısının alınması;
  • nəqliyyatın məqsəddən kənar istifadəsinin qarşısının alınması;
  • məsafənin bilərəkdən artırılmasının qarşısının alınması;
  • sürücülərin intizamına nəzarət.

Nəqliyyatın monitorinqi sisteminin iş prinsipi GPS/GLONASS peyklərinin köməyi ilə hərəkətdə olan obyektlərə nəzarət etməkdən və şirkətimizin ölkənin aparıcı məlumat mərkəzlərində yerləşən xüsusi serverlərində məlumatın işlənməsindən ibarətdir. Peyk izləmə sistemindən alınan məlumatları həm müştərilərimizi avtonəqliyyatın olduğu yer haqqında daim məlumatlandırmaq imkanı verən on-line rejimdə, həm də avtoparkın bütün əvvəlki dövr üzrə işinin effektivliyinə nəzarət etmək üçün hər zaman müraciət edə biləcəyiniz şəxsi kabinetdən “Gedişlərin tarixi” bölməsində izləmək mümkündür.

Proqramın daha ətraflı funksionalı – Proqram təminatı bölməsində təqdim edilibdir.

i17.png