GPS monitorinq sistemi

i138.png
Monitorinq sisteminin imkanları:

  • Real vaxt rejimində istənilən sayda obyektlərin hərəkətinə nəzarət: 
  • Ən aktual və müfəssəl xəritələrdən istifadə;
  • Məlumatın təhlilinin aydın qrafiklər şəklində təqdim edilməsi;
  • Dispetçerin gündəlik hərəkətlərinin avtomatlaşdırılması = iş vaxtına qənaət;  
  • Mühüm hadisələr (məsələn, sürətin aşılması, nəqliyyat vasitəsinin boş dayanması, həyəcan düyməsinin basılması, datçiklərin göstəricilərinin dəyişməsi, obyektlə əlaqənin itməsi və ya verilmiş marşrutun nəzarət nöqtəsinə çatma) haqqında sistem mesajları, elektron poçt və ya SMS vasitəsilə dərhal xəbərdarlıq;  
  • Marşrutların yaradılması və nəqliyyatın həmin marşrutlar üzrə hərəkətinə nəzarət;
  • Lazımi  məlumatın sistemə daxil edilməsi və işlənməsi üçün digər əlavələrə ötürülməsi;
  • Çoxfunksiyalı hesabat konstruktorunun köməyi ilə istənilən həcmdə verilənlərin sistemləşdirilməsi.

Monitorinq sistemi veb-brauzerə malik və internet şəbəkəsinə qoşulmuş istənilən qurğuda işləyir. Proqram təminatının lokal quraşdırılma zəruriliyi tələb olunmur.

po.jpg

İstifadəçi avtomatik rejimdə peyk monitorinqi sistemindən müntəzəm olaraq hesabatlar ala bilər. Bunun üçün müvafiq tapşırığı yaratmaq kifayət edər. Bu zaman sistem lazımi hesabatı cədvəl üzrə elektron poçt vasitəsilə göndərəcək.

Sistemdə həmçinin obyektin hərəkətləri (məsələn sürətin aşılması, obyektin yerləşdiyi yer, datçiklərin  göstəriciləri və s.) haqqında xəbərdarlıq funksiyaları da var. Xəbərdarlıq e-poçt və ya SMS-lə göndərilə bilər, açılmış pəncərədə və ya sistemdə (hesabata növbəti generasiyaların daxil edilməsi üçün) qeyd ediləcək.