Asma avadanlığının və qoşquların eyniləşdirilməsi

i121.pngAsma və qoşqu avadanlığına eyniləşdirmə üçün xüsusi nişan quraşdırılır. Bu cür nişan sahə işlərinin yerinə yetirilməsi zamanı avadanlıq növünü, onun iş vaxtını, iş alətinin tutulma enini, tövsiyə edilən emal sürətini  birmənalı olaraq müəyyən etməyə imkan verir.  Sistem, bu məlumatın köməyi ilə emal edilmiş sahənin ölçüsünü, tövsiyə edilən emal sürətinə riayəti,  ötüb keçmələri və buraxmaları yüksək dəqiqliklə müəyyən etməyə imkan verir.

Bu cür texnologiyanın tətbiqi əməkdaşların sayını bir qədər azaltmağa imkan verir. Yerinə yetirilmiş işlərin sahəsini əyani ölçməkdən ibarət hesablayıcı işçilərə ehtiyac yoxdur, və ya onların funksiyaları əhəmiyyətli dərəcədə dəyişir. İndi onlar yerinə yetirilmiş işləri həcmi haqqında birbaşa olaraq kompüterdən məlumat ala bilərlər, onların keyfiyyətini isə  yalnız seçimli üsulla qiymətləndirə bilərlər. Yerinə yetirilmiş işlərin uçotunun köhnə metodları qeyri-dəqiq olmaqla yanaşı bəzən də vəzifədən sui-istifadəyə səbəb olurlar. Bir sözlə, GPS-monitorinq sistemi təsərrüfatı insan amilindən müstəqil vəziyyətə gətirir. Hər-hansı xətalardan azaddır, obyektiv məlumatı dəqiqliklə və tez bir şəkildə verir.