Radio əlaqə

TETRA açıq standartdır (rəqəmsal trankinq radiorabitəsi üzrə) və ilk TETRA sistemləri on ildən artıqdır ki, istismardadır. Bazarda geniş seçimli TETRA standartlı radiorabitə sistemləri mövcuddur: avtomobillər üçün portativ, mobil terminallar, kiçik qabaritli daşınan radiostansiyalar, məlumatın məxfiliyinin və təhlükəsizliyinin təmin olunması üzrə həll vasitələri, abonent terminalları, habelə məlumatların ötürülməsi üçün quraşdırılmış modemlər. Bu məhsullar bir-birindən çox fərqlənir, hazırda mövcuddur, habelə müxtəlif ölkələrdə bir neçə müxtəlif tezliklərdə işlənir. Bundan əlavə, TETRA məhsulları üçün müəyyən edilmiş operativ uyğunlaşma sınaqlarının sxemi, qeyd olunduğu kimi, müxtəlif istehsalçıların radiostansiyalarının bir şəbəkədə birlikdə istifadəsini təmin edir. 

TETRA həm də bir şəbəkəli yanaşma üçün zəruri olan keyfiyyətlərə malikdir: səsli rabitənin zəngin xarakteristikaları və birləşmiş məlumatların ötürülməsi imkanı. 

İlk TETRA standartı məlumatların daha sürətli ötürülməsi üçün işlənib hazırlanmış, məlumatların yaxşılaşdırılmış ötürülmə xidməti (TEDS) TETRA isə TETRA məlumatların işlənməsi və ötürülməsi xidmətinin istifadəçiləri üçün məlumatların böyük buraxılış zolağını təmin edir. Məsələn, elektroenergetika sektorunda enerji resurslarının yüksək dəqiqliklə uçotu konsepsiyası üçün TEDS xidmətlərindən istifadə olunur. 

Bundan başqa, TETRA-da təhlükəsizlik tədbirləri xüsusi həll vasitələri olmadan həyata keçirilə bilər. “Cassidian TETRA” yoxlanılmış, düşünülmüş TETRA standartına əsaslanan və sahibinin ümumi xərclərinin optimallaşdırılması üçün nəzərdə tutulan radiorabitə sistemlərini təmin edə bilər. Tək TETRA sistemi səsli rabitənin təmin edilməsi və məlumatların ötürülməsi üzrə müxtəlif xidmətləri təklif edə bilir, “Cassidian“ın TETRA sistemləri isə daha bir böyük üstünlüyə malikdir: onlardan bir neçə müstəqil istifadəçi-təşkilat istifadə edə bilər. “Cassidian“ın həm də təsdiq olunmuş öhdəliklərlə dəqiq inkişaf planları var. 

“Cassidian” bütün dünyada müştəriləri məmnun edən radiorabitə sistemlərinin istismara buraxılması üzrə çoxillik təcrübəyə malikdir. 

“Cassidian” şirkəti növbəti illərdə də bu sistemləri dəstəkləmək fikrindədir. Bu, həllin fasiləsiz inkişafına zəmanətdir. 

“Cassidian“ı seçin və özünüz üçün sərmayəni təmin edin. 

www.cassidian.com