GPS Trekerlər

FM-Eco3-Glonass

GPS/GSM Terminalı

Sadə və çox funksiyalıdır

Monitorinq üzrə çox vaxt sadə məsələlərin həlli üçün istifadə olunan avadanlıqdır. Əla keyfiyyətli quraşdırılmaya, gərginlik sıçrayışlarına qarşı dayanıqlığına və rouminqdə çevik istifadə imkanlarına görə bütün dünyada tanınır. Yanacaq, temperatur və s. səviyyəsinin 2 analoq datçikini dəstəkləyir.

FUNKSİYALARI:

  • Olduğu yerə nəzarət;
  • NV-nin hərəkət tarixinin təsviri;
  • İşəsalma vəziyyətinə nəzarət;
  • Həyəcan düyməsini quraşdırmaq imkanı;
  • Akkumulyatorun gərginliyinin düşməsini müəyyən edir;
  • Temperatur datçiklərinin qoşulması;
  • Qapıların açılmasnın/bağlanmasının müəyyən edilməsi.

Məqsədi:

  • Nəqliyyat vasitəsinin hərəkətini izləmə
  • Yanacağın səviyyəsinə nəzarət

Terminal aşağıdakı parametrləri ötürür:

  • GPS koordinatlar, vaxt, dəniz səviyyəsindən hündürlüyü
  • GSM siqnalının qüvvəsi
  • Mümkün peyklərin sayı
  • Xarici akkumulyatorun gərginliyi
  • Diskret giriş və çıxışların vəziyyəti
  • Analoq girişlərdə gərginlik

Ümumi üstünlükləri:

  • Avropa İttifaqında hazırlanıb və istehsal olunub
  • Cihazda qüsurların (brak) rastgəlmə tezliyi 0,2 %-dən aşağıdır


i145.png

FM-Pro3-Glonass

GPS/GSM Terminalı

Nəqliyyatın təkmilləşdirilmiş monitorinqi

Ruptela avadanlıq xəttinin TOP-satışı. Giriş və çıxışların geniş diapazonu FM-Pro3-ü ən mürəkkəb məsələlərin həlli üçün istifadə etməyə imkan verir. FMS J1939 protokolunu dəstəkləməsi dartıcıların və digər xüsusi texnikanın bort kompyuterlərini oxumağa imkan verir. Avadanlıq eyni zamanda bir neçə rəqəmli yanacaq səviyyəsi datçiklərini və ya dispetçerlə yazışmaq üçün xarici ekranın və YSD-lərin eyni zamanda qoşulmasını təmin edir. RS232 və  RS485 interfeysləri 11 yanacaq datçikini və ya digər avadanlığı qoşmağa imkan verir.

FUNKSİYALARI:

  • Olduğu yerə nəzarət;
  • NV-nin hərəkət tarixinin təsviri;
  • Bort kompyuterinin məlumatlarının (yanacaq sərfi, yanacağın səviyyəsi, kilometraj göstəricisi və s.) oxunması;
  • İşəsalma vəziyyətinə nəzarət;
  • I-Button-un köməyi ilə sürücünün müəyyən edilməsi;
  • Həyəcan düyməsini quraşdırmaq imkanı;
  • Akkumulyatorun gərginliyinin düşməsini müəyyən edir;
  • Temperatur datçiklərinin qoşulması;
  • Qapıların açılmasnını/bağlanmasının müəyyən edilməsi;
  • 11 rəqəmli yanacaq səviyyəölçəni dəstəkləyir. 

Məqsədi:

  • Nəqliyyat vasitəsinin hərəkətini izləmək
  • Yanacağın səviyyəsinə nəzarət (boşaldılmanın aşkarlanması)
  • NV-nin düzgün istismarına nəzarət

Terminal aşağıdakı parametrləri ötürür:

  • GPS koordinatlar, vaxt, dəniz səviyyəsindən hündürlüyü
  • GSM siqnalının gücü  
  • Mümkün peyklərin miqdarı
  • Daxili batareyanın və xarici akkumulyatorun gərginliyi
  • CAN şinin parametrləri (yanacaq sərfi, çəndə yanacağın səviyyəsi, kilometraj, mühərrikin dövrləri, sürət və s.)
  • Diskret giriş və çıxışların vəziyyəti
  • Analoq girişlərdə gərginlik
  • Seriyalı girişlərdən məlumat

Ümumi üstünlükləri:

  • Avropa İttifaqında hazırlanıb və istehsal olunub
  • Cihazda qüsurların (brak) rastgəlmə tezliyi 0,2 %-dən aşağıdır