(012) 404 12 02 (077) 414 44 00
(012) 404 12 02
(077) 414 44 00

GPS.AZ dövlət və özəl şirkətləri üçün minlərlə və yüz minlərlə manatları necə qənaət edir: Nəqliyyatın GPS monitorinqi – Azərbaycanda texnoloji həllər

Dövlət və özəl sektorun nümayəndələri nəqliyyat vasitələrini müxtəlif istiqamətli reyslərdə və dayanacaqlarda izləyərkən daim problemlərlə üzləşirlər. Trafik axınının artması səbəbindən problem mövsümi olaraq artır.

  • Köməyə texnologiyalar gəlir: GPS monitorinqi nəinki real vaxtda bir trek əldə etməyə və avtomobilin hazırda harada yerləşdiyi barədə məlumat verməyə, həmçinin, səfərdə olduğu vaxtı, yanacağın sərfiyyatının düzgün hesablanması və s.

Nəqliyyat və logistika şirkətləri Azərbaycanda hansı problemlərlə üzləşir

Balansında nəqliyyat vasitələri olan ictimai sektor şirkətlərinin əsas problemi “ölü canlar”dır. Bunlar istifadədən çıxmış və ya işləməyən avtomobillərdir.

  • qəzalı vəziyyət və səmərəsiz təmir səbəbindən uzun müddətdir ki, reysə buraxılmır, lakin büdcədən vəsaiti cəlb etməyə davam edirlər. Bu maşınlar sənədlərdə yer tutur, amma qarajda paslanırlar.
  • vicdansız işçilər, saxtakarlıq üçün geniş imkanlar təmin edən, köhnəlmiş kağız üzərində yol vərəqələrindən istifadə edirlər.
  • nəticədə, prosesin avtomatlaşdırılmaması səbəbindən insan və bürokratik amillər araya çıxır: işdən kənar reyslər səbəbindən dövlət və sahibkarlar ciddi maliyyə itkiləri yaşayır.

Şəxsi şirkətlər üçün proseslər ümumiyyətlə qismən avtomatlaşdırılır. Lakin, bu da imkan vermir:

  • yanacaq və sürtkü yağlarının istifadəsini azaltmaq;
  • təmir üçün lazım olan ehtiyat hissələrinin və təmir üçün istehlak materiallarının siyahısını qısaltmaq;
  • nəqliyyat vasitələrinin səmərəsiz və məqsəddənkənar istifadəsini izləmək.

Nəqliyyat-logistika şirkətləri və balansında avtomobilləri olan şirkətlərin problemləri Azərbaycanda necə həll edilir

GPS Solutions Azərbaycan (GPS.AZ) GPS monitorinq xidmətini təklif edir. Bu gün bu texnologiya hər kəs üçün əlçatandır, və trafikə nəzarət, yanacaq doldurma və digər nəqliyyat vasitələrinin parametrləri üçün avadanlıqların quraşdırılması demək olar ki, dərhal ödənilir.

  • Siz yenilikçi həllər hesabına qənaət etmək; qənaəti və layihələrin gəlirliliyini artırmaq məqsədilə texnologiyadan istifadəyə üstün tutan müəssisə və təşkilatların hələki bağlı “klubu”na qoşulmaq imkanı əldə edirsiniz.

Nə tələb olunacaq? Sadəcə nəqliyyat vasitənizi monitorinq sistemi ilə təchiz edin və GPS/GLONASS peykləri vasitəsilə nəqliyyata nəzarət edin, real-vaxt rejimində ölkənin aparıcı məlumat mərkəzlərində yerləşən GPS.AZ serverlərinə daxil olan trek-fayl hesabatlarını alın.

İzləmə sistemi vasitəsilə peykdən alınan məlumatlar müştərilərin şəxsi hesablarına daxil olarkən onlayn olaraq əldə edilə bilər. trek-faylı gözləməyə ehtiyac qalmır. Maşınlarınızın yerini və marşrutda olarkən nə baş verdiyini, yəni nəzarət altında olduğunu həmişə biləcəksiniz, o cümlədən:

  • hərəkət sürəti;
  • keçdiyi məsafə;
  • qovşaq və qurğuların iş rejimi;
  • yanacaq sərfiyyatı və digər parametrlər.

Müştərilər, hər hansı bir GPS izləmə müddəti üçün sifariş verilə bilən analiz üçün hesabat da alırlar. Nəticənin etibarlılığına və keyfiyyətinə zəmanət verilir, çünki GPS Solutions Azərbaycan nəinki öz sahəsində peşəkardır, həmçinin, belə bir böyük tərəfdaşlarla əməkdaşlıq edir:

  • Teltonika – GPS avadanlığı istehsalçısı (GPS.AZ bu sahədə dünya liderinin rəsmi distribyutorudur);
  • Wialon – rəqiblərindən fərqli olaraq, Wialon proqram təminatı olan serverlər, Azərbaycanın Delta Telecom məlumat mərkəzində yerləşir (müştərilərin şəxsi məlumatlarının təmin edilməsi sürəti və təhlükəsizliyi baxımından bir çox üstünlüklər verən qapalı şəbəkə infrastrukturu);
  • Gurtam serveri (xidmət təminatçıları, proqram təminatçıları, GPS avadanlıqlarının istehsalçıları) və s.

Marşrut boyunca nəqliyyat vasitəsinə tam nəzarət etməsi səbəbindən xərclərə qənaət etməyi üstün tutan şirkətlər və dövlət qurumları üçün təklif

GPS.AZ şirkətindən nəqliyyatın GPS monitorinqi – marşrutda, şirkətin parkinqi/qarajında ​​və ya kənar dayanacaqlarda olmasından asılı olmayaraq, əlverişli qiymətlər, zəmanətli keyfiyyət və nəqliyyat vasitələrinin ümumi nəzarəti deməkdir. GPS avadanlıqlarını quraşdırmaq, GPS monitorinq sisteminə qoşmaq və məlumatı real-vaxt rejimində kompüterə, laptopa və ya mobil cihaza çıxarmaqla başlamaq kifayətdir. Sistem imkan verir:

  • ən son texnologiyalardan istifadə edərək logistika qurmaq;
  • marşrutları avtomatlaşdırmaq və optimallaşdırmaq, yolda fors-major vəziyyəti baş verdikdə marşrutları operativ halda dəyişmək;
  • fırıldaqçılar üçün “boşluqları” aradan qaldıraraq, yol vərəqələrini kağızda deyil, elektron formada vermək;
  • yanacaq oğurluğunun qarşısını almaq, yanacaq, sürtkü yağları, ehtiyat hissələri və məqsəddənkənar səfərləə xərcləri azaltmaq;
  • yükün saxlanmasını yalnız izləməklə deyil, həm də sürücülük tərzinə nəzarət etməklə təmin etmək.

GPS.AZ – bazarda korporativ müştərilərə avadanlıqları pulsuz təqdim edən yeganə şirkətdir. Yay mövsümunun sonunadək yanacaq səviyyəsi sensorlarına xüsusi 50% endirim təklif olunur. Nəqliyyatın GPS monitorinq sisteminə qoşulmasının əlverişli şərtlərini qaçırmayın!

  • Artıq 500-dən çox şirkət izləmə və nəzarətin yeni formatına keçmişdir. Trafik yükündən asılı olaraq onlar, gündəlik yüz minlərlə manat qənaət edirlər. Onlara qoşulmağa hazırsınızmı? Veb sayt vasitəsilə birbaşa zəng edin və ya müraciətinizi göndərin.