(012) 404 12 02 (077) 414 44 00
(012) 404 12 02
(077) 414 44 00

IT Service

IT development

İT Servis

ИТ услуги
GPS.AZ Система GPS / ГЛОНАСС онлайн Мониторинга Транспорта

Öz fəaliyyətimizdə Sizin biznesiniz üçün uyğun olan insanlardan, prosseslərdən və informasiya texnologiyalarından istifadə etməyə üstünlük veririk. Təklif etdiyimiz həllər müştərinin bütün ehtiyaclarını ödəməyə imkan verir. Bizim şirkətimiz həllərin tətbiqi üzrə layihələr çərçivəsində, lisenziyalı proqram təminatının kompleks çatdırılmasını, həmçinin, proqramın tətbiqi üzrə digər xidmətləri: quraşdırılmasını, konfiqurasiyasını, istifadəçilərin təlimatlandırılmasını və proqram təminatının lisenziyalaşdırılmasını təklif edir. Şirkətimiz öz həllərində sifarişçinin istəklərini nəzərə almağa üstünlük verir.

Sizə Təkliflərimiz:

  • Hər bir sifarişçi və ya sahə üçün proqram təminatının seçimi üzrə konsaltinq
  • Korporativ lisenziyalaşdırma proqramının sxemlərinin seçimi
  • Korporativ sifarişçilər üçün istənilən dünya istehsalçılarının proqram təminatının tətbiqi və təchizatı
  • Proqram təminatının tənzimlənməsi, konfiqurasiyası və texniki müşayiəti
  • Proqram təminatının lisenziyasının idarə edilməsinin optimallaşdırması üzrə xidmətli
  • İstifadəçilərin təlimatlandırılması
  • İnteqrasiya Həlləri

IT Konsaltinq

İstənilən müasir biznesin müvəffəqiyyəti informasiya sisteminin düzgün seçimindən və onun işinin sabitliyindən asılıdır. GPS şirkəti sizə, biznesin tələblərinə maksimal uyğun olan və bazarda şirkətin rəqabət davamlılığını təmin edən, IT sistemini seçməkdə kömək edəcək. Şirkətimiz kompleksli və strateji IT konsaltinqi həyata keçirir.

Bizim imkanlarımız:

  • IT strategiyasının və tətbiq olunmuş sistemlərin məhsuldarlıq göstəricilərinin işlənib hazırlanması
  • Prioritet olan IT məsələlərini, arxitektura və texnologiyada olan məhdudiyyətləri, malik olan resursları, korporativ informasiya sisteminin struktur modelinin müəyyən edilməsi və IT strategiyasının həyata keçirilməsi nəticələrinin, qiymətləndirilməsinin metodikalarının hazırlanması
  • Layihənin sifarişçinin tələblərinə uyğun olmasına nəzarət edilməsi, IT sahəsinə ayrılmış investisiyaların iqtisadi əsaslandırılması, investisiyalardan əldə olunan gəlirin və KİS-in mülkiyyət dəyərinin hesablanması
  • Biznes prosesləri haqqında korporativ məlumat bazasının hazırlanması və proseslərin idarə edilməsi metodlarının və yanaşmalarının təlimatlandırılması
  • Əməliyyat və kredit risklərinin idarə edilməsi

IT Outsorcing

Bizim şirkətimiz avadanlığın təmin edilməsindən və IT infrastrukturun qurulmasından başlayaraq,informasiya sisteminin bütövlükdə və ya onun müşayiəti və inkişafı proseslərinə cavabdeh olan hissəsilərinin idarə edilməsi ilə məşğul olur. Bununla da, sifarişçinin informasiya sisteminin xidməti və müşayiəti üzrə kompleks xidmətlərini göstərməklə, sizin vaxtınıza qənaət etməyə kömək edir.Bizim xidmətlərimiz sizə şəxsi IT mütəxəssislərinin komandasının saxlanılması üçün olan xərcləri azaltmağa icazə verir.

Xidmətlərin növləri:

  • Resursların təqdim edilməsi. IT mütəxəssislərindən ibarət qrup yaradılır və şirkətimizdə ixtisaslaşdırılmış kadrların defisitini örtür, müəyyən olunmuş müddətdə və miqdarda lazımlı profil üçün, yüksək səviyyəli mütəxəssislərlə təmin edir
  • Hazır proqram təminatının tətbiqi. Help, Desk, Service Desk, iş yerləri üçün proqram təminatının və istifadəçilərin işinin idarə edilməsi
  • Bölüşdürülmüş IT sistemlərinin idarə edilməsi. Ərazi cəhətdən bölüşdürülmüş komplekslərin və informasiya sistemlərinin dəstəyi
  • Uzaq məsafələrdə yerləşən ofislərin idarə edilməsi
  • IT infrastrukturunun idarə edilməsi. Sistem səviyyəsində sifarişçinin mövcud infrastrukturunun idarə edilməsi