(012) 404 12 02 (077) 414 44 00
(012) 404 12 02
(077) 414 44 00

Avtomobil parkının GPS sistemi ilə monitorinqi üçün avadanlığı necə seçmək?

Müasir bazar, nəqliyyat vasitələrinin peyk vasitəsilə izlənməsi üçün çox sayda avadanlıq təklif edir və sistemin tətbiqi ilə yanaşı nəqliyyat vasitələrində GPS quraşdırılmasını təklif edən şirkətlərin sayı da az deyil. Belə olduqda nəyi seçməlisən?

Hansı GPS cihazları nəqliyyat üzərində tam nəzarəti təmin edəcək, hərəkəti və istismarı barədə tam məlumat verəcək? Monitorinq sistemləri ildən ilə daha funksional və sabit hala gəlir. Yanlış hesablamamaq üçün hansı sistemləri və GPS cihazlarını almaq lazımdır?

Bu məqalədə biz nəyə baxmalı olduğumuzu müəyyənləşdirmək üçün proqram təminatlarının, GPS cihazlarının və platformaların xüsusiyyətlərini anlamağa çalışacağıq.

Грузовик связывается со спутником GPS

Nəqliyyat vasitəsi üçün izləmə sistemini seçdikdə nəyə xüsusi diqqət yetirməlidir?

Əvvəlcə avtomobilə yalnız GPS cihazının quraşdırılmasının kifayət olmadığını başa düşməlisiniz. Kommersiya nəqliyyatını izləməyə gəldikdə, daha ciddi bir yanaşma lazımdır.

Müasir bort sistemləri aşağıdakı kimi bir çox məsələləri həll etməyə kömək edir:

  • yanacaq sərfiyyatına nəzarət;
  • avtomobilin düzgün işləməsinin və istismarının izlənməsi;
  • nəqliyyat vasitisənin idarəetməsinin keyfiyyətinə nəzarət;
  • sürücünün şəxsiyyətinin müəyyən edilməsi;
  • avtomobilin texniki parametrlərinin izlənməsi;
  • nəqliyyat vasitəsi və pozuntular barədə operativ məlumatın əldə edilməsi.

Seçilmiş GPS izləmə sisteminin istifadəsinin asan olması, hərtərəfli hesabatları təqdim etməsi və şirkətin fərdi tələblərinə uyğunlaşa biləcəyi vacibdir.

Avtomobilinizdə GPS sistemi seçmək üçün bir neçə ipucu

  • Sistem və proqramı bir şirkətdən sifariş etmək daha məqsədəuyğundur. Bu, istismar müddətini və xərcləri azaltmağa kömək edəcək, və eyni zamanda, uyğun olmayan GPS cihazlardan, proqram təminatının və platformanın əngəllərindən qaçınmağa kömək edəcəkdir.
  • Qoşulan əlavə avadanlıqla sistemin dayanıqlı işləməsinə diqqət yetirin. İşləyən nəqliyyat vasitələrinə tam nəzarət etmək istəyirsinizsə, sistem sizə lazım olan bütün funksiyaları dəstəkləməlidir.
  • İlk olaraq nəqliyyat parkına nəzarət və idarəetmə səmərəliliyinin artırılması, nəqliyyat vasitələri haqqında məlumatların əldə edilməsinin asanlaşdırılması üçün şirkətin işinin digər idarəetmə sistemlərinə inteqrasiya imkanlarını aydınlaşdırmaq lazımdır.

Müasir nəqliyyat vasitəsinin yüksək funksiyalı bort izləmə sistemi geniş opsiyalara malikdir. Lakin əksər avtoparklarda bunların hamısının istifadəsinə ehtiyac yaranmır. Məhz bura görə yalnız lazım olan və ya gələcəkdə faydalı olacaq sistem funksiyalarının seçilməsi vacibdir. Bundan əlavə, sistemin və məlumatların yenilənmə ehtimalını aydınlaşdırmaq, provayderin xidməti təmənnasız və ya ödənişlə təqdim etdiyini öyrənmək zəruridir.