“ROAD AND TRAFFIC 2013” SƏRGİSİ

“ROAD AND TRAFFIC 2013” SƏRGİSİ – regionun bütün yol infrastrukturunun geniş mənzərəsini nümayiş etdirən  nadir ixtisaslaşdırılmış sərgi tədbiridir. Sərgi yol-tikinti şirkətləri, yol-tikintisi texnikasının distribüterləri, ictimai nəqliyyat operatorları, informasiya texnologiyaları sektorunun şirkətləri daxil olmaqla, 70-dən artıq müəssisəni bir araya gətirəcək. Kommersiya şirkətlərindən başqa, Bakı Metropoliteni, “Azəryolservis” QSC, Şəhər Nəqliyyatının İntellektual İdarəetmə Mərkəzi kimi dövlət strukturları da iştirakçılar sırasındadır.

“Road and Traffic”  regionun infrastrukturunun gələcək inkişafı üçün əlverişli şəraitin yaradılmasına, satış bazarlarının genişləndirilməsinə, müştərək müəssisələrin yaradılmasına və investisiya layihələrinin, texnologiyaların və avadanlıqların ölkənin yol-tikinti bazarında irəliləməsinə imkan yaradacaq. Sizi sərginin qonaqları sırasında görmək bizi məmnun edəcək və bizim stendimizə təşrif buyuracağınıza ümid edirik.

i83.gif

i82.jpg

Bütün xəbərlər