Sürücü identifikatoru (I-Button), mühərrikin blokirovkası və səs xəbərdarlığı ilə

i117.pngMühərrikin blokirovkası və səs xəbərdarlığı ilə təchiz olunmuş sürücü identifikatoru (“kontaktsız hesablayıcı”  və ya “girişə nəzarət qurğusu” da adlanır) nəqliyyat vasitəsinin kabinasında quraşdırılır və məsafədə olan dispetçerin, maşında hansı sürücünün olduğunu görə və onun iş vaxtının uçotunu apara bilməsi üçün nəzərdə tutulmuşdur.

Bir çox hallarda təşkilatlarda bir maşında bir neçə sürücü işləyir və onlar bir-birini növbə ilə əvəz edirlər. Burada həmin an sükan arxasında hansı sürücünün oturduğunu və ya keçmişdə konkret gün və saatda kimin işlədiyini dəqiqliklə bilmək ehtiyacı yaranır. Bundan sonra, bu məlumatların avtomatlaşdırılmış şəkildə alınması hər sürücünün işlədiyi saatları asanlıqla hesablamağa imkan verir.  Adətən kənd təsərrüfatı işçilərinin maaşı işəmuzddur və məhz bu səbəbdən hər əməkdaşın nə qədər və hansı işləri yerinə yetirdiyini bilmək lazımdır.

Hər sürücüyə fərdi nişan verilir. İşçi həmin nişanı növbəyə başlamadan və ya mühərriki işə salmadan əvvəl qısa müddətə hesablayıcının üzərinə qoyur. Sürücülərin bu əməliyyata laqeydlik göstərməməsi üçün, eyniləşdimə keçirmədən mühərrikin işə salınmasını qadağan edən funksiyanı işə salmaq olar.

Əməkdaş haqqında bütün şəxsi məlumatlar – ilk növbədə adı və soyadı sistemdə saxlanır. Bu sistem bu və ya digər situasiyada günahkarı müəyyən etməyə imkan verir.

Ayrıca ödəniş əsasında sürücünün barmaq izləri əsasında müəyyən edilməsi sisteminin qurulması mümkündür, bu isə açarın başqasına verilməsi hallarını istisna edir.