Şinlərdə təzyiq datçiki

i132.pngKeçirilmiş sınaqlar göstərmişdir ki, şinin təzyiqi normadan 15% aşağı olduğu halda bu yanacağın istehlakının artmasına gətirir və əlavə olaraq, şinin xidmət müddətini azaldır.

Təklif edilən həllin ikili təsiri var: birincisi, yanacaq və pula qənaət edir, ikincisi – şinin istismar müddətini uzadır (və, yenə də, pula qənaət edir).


Bu sensorlardan istifadənin nəticəsi: 

  - yanacağa qənaət – 15%-dək (boşalmış təkər müqavimətin artmasına, nəticədə isə, yanacaq sərfinin səviyyəsinin yüksəlməsinə gətirir); 

  - şinlərin xidmət müddətinin artması – 30%-dək (10% boşalmış şinlərin xidmət dövrü 3 dəfə azdır); 

  - sistem, həmçinin, şinin partlama ehtimalı haqqında xəbərdarlıq edir və alışmanın qarşısını alır.

Sadalananlardan əlavə, şin datçikləri avtomobilin çəkisinə nəzarət və onun yüklənmə dərəcəsinə nəzarət üçün istifadə edilə bilər.

TPMS3.png