Gəmi və su nəqliyyatının monitorinqi

i99.png





GPS.AZ monitorinq sistemi üzərində izləmə avadanlığı quraşdırmadan, dünyada istənilən gəmini tam izləmək imkanı verir.

Məlumat çoxsaylı mənbələrdən:

- bütün dünya üzrə izləmə stansiyalarından,
- sahil və peyk radarlarından, dəniz sahəsinə nəzarət sistemlərindən,
- sahil dispetçer xidmətlərindən,
- Fleet Boardband peyk sistemlərindən daxil olur.

Təqdim olunan həll haqqında mövcud olan məlumatlar: vaxt, koordinatlar, sürət, status (hərəkətdə və ya lövbərdə).

Tam nəzarət və zəmanətli yenilənmə intervalı tələb olduğu hallarda isə biz peyk terminallarını və tam gəmi telemetriyası kompleksini təklif edə bilərik.

Telemetriya ilə kompleks həllər aşağıdakıları məsələləri həll etməyə imkan verir:

  • olduğu yerə və sürətə nəzarət;
  • müxtəlif iş rejimlərində pər vintlərinin iş saatlarına nəzarət;
  • əsas mühərriklərin mövcud taxogeneratorlarına nəzarət;
  • generatorların, qazanın iş saatlarına nəzarət;
  • dizel-generatorların 12 göstəricisinə nəzarət;
  • dizel yanacağının çənlərinin səviyyəsinə nəzarət;
  • dizel yanacağının sərfinə nəzarət;
  • maye, buxar, anbar və s. temperaturlarına nəzarət;
  • əsas mühərrikin dövrələrinə müstəqil sistem vasitəsilə nəzarət;
  • ağır yanacağın çənlərinin səviyyəsinə nəzarət;
  • gəmi kranlarının qaldırdığı çəkiyə nəzarət;
  • yük çənlərində dizel yanacağı və ağır yanacağın qəbuluna nəzarət.