Energetika sistemlərinin monitorinqi

i102.png

Sistem əhali tərəfindən dispetçer mərkəzinə daxil olan müraciətləri gözləmədən, nəzarət olan zonalarda enerji təchizatının itkisi barədə qəza xidmətinin dispetçerini operativ məlumatlandırır.

Modul, aparat və proqram hissəsindən ibarətdir. Aparat hissəsini müstəqil GSM/GPS telematik bloku və ya RS 232/485 protokolu ilə hesablayıcılara qoşulan GSM/GPS terminalı təşkil edə bilər.

GSM/GPS telematik bloku magistral xəttə qoşulur. Elektrik şəbəkəsində cərəyanın voltajı və blokun yerləşdiyi ərazi haqqında məlumat mobil rabitə şəbəkəsi vasitəsilə məlumat mərkəzinə yönəldilir.

Elektrik enerji təchizatının itkisini qeydə almış sistem operativ olaraq dispetçeri həyəcan siqnalının ünvanı və qəzanın nə vaxt baş verdiyi barədə xəbərdar edir. 

Dispetçer siqnalın ərazisini rəqəmsal xəritədə müşahidə edir və lazımi halda bu məlumatı qəza xidməti briqadasının GPS naviqatoruna və ya mobil telefonuna göndərir.

Nəqliyyatın monitorinq sistemi ilə inteqrasiya olması qəza xidmətinin hadisə yerində olub-olmaması, qeydə alınmış həyəcan siqnalı və briqadanın qəza baş vermiş əraziyə gəlməsi arasındakı vaxt intervalı və s. dair hesabat almaq imkanı verir.