Avtonəqliyyata nəzarət

i98.png

GPS.AZ izləmə sistemi ilə siz real vaxt rejimində nəqliyyatın olduğu ərazini, onun sürətini və getdiyi məsafəni izləyə bilərsiniz.

Maşında quraşdırılan GPS/GLONASS peyklərinin köməyi ilə onun olduğu yer müəyyən edilir və məlumat GSM şəbəkəsi vasitəsilə monitorinq sisteminin server mərkəzinə ötürülür.



Bu həll aşağıdakı imkanlara malikdir:

  • Avtonəqliyyat vasitələrinin hərəkətinə və boş dayanmalarına sutka ərzində nəzarət;
  • Yanacaq sərfinə nəzarət;
  • Məhdudlaşdırıcı zonaları təyin etmək və onların hüdudlarından kənara çıxmalara nəzarət;
  • Obyektin hərəkət surətinə nəzarət;
  • 30-dan çox göstəricidən (məsafə, motosaat, dayanacaq, gediş, yanacaq sərfi və s. haqqında) ibarət hesabatların alınması və lazımi formata salınması;
  • Avtonəqliyyat vasitələrini müəyyən marşruta təhkim etməyə və həmin marşrutdan kənara çıxmalara nəzarət.
  • Qoşulmuş datçiklərin (temperatur, təzyiq və s.) işinə nəzarət;
  • Mühərrikin işinin dayandırılması.